ERMESTO STRONG A PLUS


Tibbi alətlər üçün pas və korroziya əleyhinə məhlul


Strong A Plus konsentrat pas və korroziya əleyhinə olan yuyucu məhluldur. Alətlərin üzərindəki protein qalıqları, dəmir oksidi və digər oksidləşdirici ləkələrin kənarlaşdırılmasını təmin edir. Müxtəlif materiallarda tətbiqi uyğundur. Manual və ultrasəs yuma maşınlarında istifadəsi mümkündür. Sterilizasiya buxarı səbəbindən yaranan ləkələrin qarşısını alır. 

 

İSTİFADƏ SAHƏLƏRİ
Strong A Plus tibbi alətlərin üzərindəki ləkə, korroziya və pası təmizləyir. Cərrahiyyə, anesteziya, laboratoriya, stomatologiya alətləri kimi bir çox sahədə istifadə edilə bilər.

İSTİFADƏ QAYDASI
Təmizləmək istədiyiniz səthin paslılıq dərəcəsinə görə 1-10% aralıq nisbətində, istənilən keyfiyyətdə su ilə məhlul hazırlayın. Müvafiq nisbətdə hazırlanmış məhlulu bir qaba doldurun. Paslı alətləri məhlula elə batırın ki, bütün səthlərinə təmas etsin. Ən azı 5, ən çoxu 10 dəqiqə gözlədikdən sonra alətləri məhluldan çıxarıb bol su ilə durulayın. Ultrasəs cihazlarda təsir müddəti 5 dəqiqədir. Hazırlanmış məhlulun istifadə müddəti isə 24 saat təşkil edir. Məhlul vaxtından əvvəl çox çirklənərsə erkən yeniləyin.

TƏRKİBİ
• Fosfor turşusu,
• Benzalkonium xlorid,
• Antikoroziv maddələr.

KODU: 9829

Həcm: 5 litr